Hulusi Akar Zakir Həsənovu Türkiyəyə dəvət edib

img

14-09-2021 [14:20]


Türkiyə Respublikasının Milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA