"Məktəb direktoruna əlavə səlahiyyətlər veriləcək" - Nazirdən müəllimlərin işə qəbulu ilə bağlı yeni açıqlama

img

13-09-2021 [10:26]


Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq.

Bu barədə təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində danışıb.

Nazir bildirib ki, müəllimlərin bir neçə dəfə imtahan verməsi ilə bağlı qaydalara dəyişiklik edilə bilər:

“Bir neçə məktəbə müəllim seçmək səlahiyyəti verilə bilər. Amma vacib məsələ şəffaflıqdır. Müəllim və resurs seçimində məktəb direktorunun səlahiyyətləri olacaq. İlk növbədə bacarıqlara yönəlik yaxın 3-4 il ərzində müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq. Düşünürəm ki, imtahanların mərkəzləşdirilmiş qaydada olması hələ qalacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA