Gürcüstanın ali məktəblərinə qəbul olunan azərbaycanlıların sayı artıb

img

12-09-2021 [17:42]


2021-2022-ci tədris ili üzrə Gürcüstanın ali məktəblərinə 1072 nəfər azərbaycanlı abituriyent qəbul olub.

Bu barədə Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onların 1 033-ü milli azlıqlar üçün nəzərdə tutulan “1+4” proqramı üzrə qəbul olunub.

Dövlət qrantı əldə edən tələbələrin sayı isə 99 nəfər təşkil edir.

Əvvəlki dərs ili ilə müqayisədə Gürcüstanda tələbə adını qazanan azərbaycanlıların sayı 116 nəfər artıb. Universitetlərə qəbul olunan erməni abituriyentlərin sayı (296 nəfər) isə azərbaycanlılarla müqayisədə 3,6 dəfə azdır.

Azərbaycanlı tələbələrin böyük əksəriyyəti Gürcüstan Texniki Universiteti (338 nəfər), İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (301 nəfər) və İlya Dövlət Universitetində (208 nəfər) təhsil alacaqlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA