Kafe sahibi və 8 müştəri cərimələndi - Karantin rejiminə görə

img

11-09-2021 [12:37]


Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, şəhərin 20 Yanvar küçəsində yerləşən kafenin gecə saat 00:00-dan sonra işlədiyi müəyyən edilib.

Aşkar edilən qayda pozuntuları ilə əlaqədar orada olan 8 müştəri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, obyekt sahibi Ramil Aslanov barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, R.Aslanov əvvəllər də analoji qayda pozuntusuna yol verdiyi üçün onun barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA