“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə iyul-avqust ayları ərzində 767 zəng daxil olub
10-09-2021 [17:58]
On bir ildən artıq müddətdə təmənnasız olaraq uşaqlara psixoloji və sosial yardım göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” yay aylarında da fəaliyyətini davam etdirib.
Mia.az xəbər verir ki, “Azercell Telekom” MMC, UNİCEF Azərbaycan və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə təşəbbüsü sayəsində fəaliyyət göstərən xidmətin əməkdaşları uşaqların hüquqlarının təminatı, sağlamlığının qorunması, asudə vaxtının səmərəli təşkili və digər məsələlərlə bağlı müraciət edənlərə dəstək olublar.
“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə iyul-avqust ayları ərzində 767 zəng daxil olub ki, bunların 454-ü ilkin, 313-ü isə təkrar müraciətlərdir. Müraciət edənlərin əksəriyyəti təhsil (203 zəng) və hüquqi (197 müraciət) məsələlərə aid yardım istəyiblər. 115 nəfərin psixoloji problemlərlə bağlı köməyə ehtiyacı olub. Bundan əlavə, xidmət əməkdaşlarına səhiyyə (75 nəfər), sosial (73 nəfər) və digər (104 nəfər) sahələrə dair də suallar ünvanlanıb.
Son 2 ay ərzində qaynar xəttə daxil olan zənglər əsnasında 268 nəfər yaşının 18-dən az olduğunu bildirib. Onlardan 167-i zəng qızlar, 101-i oğlanlar tərəfindən daxil olub. Amma ümumilikdə müraciət edənlərin əksəriyyəti (477 nəfər) böyüklər olub. Qeyd edək ki, daxil olan zənglərin 22-si anonim olub. Qaynar xəttə daxil olan müraciətlərlə əlaqədar 11 ailə ilə görüş təşkil edilib, fərdi və qrup şəklində 33 sosial-psixoloji reabilitasiya işi aparılıb. Qaldırılan problemlərin həllinə nail olmaq üçün aidiyyətli orqanlara 56 məktub ünvanlanıb.
“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə müraciət edənlər müxtəlif vasitələrdən istifadə ediblər. Daha çox xidmətin mobil nömrəsinə zənglər daxil olub. İki ay ərzində AUQX ilə əlaqə saxlayanların 424-ü mobil nömrəyə, 248-i şəhər telefonuna zəng edib. Digərləri isə sosial platforma üzərindən müraciət ediblər.
Bu aylar ərzində AUQX əməkdaşları müxtəlif mövzulara həsr edilmiş beynəlxalq təlimlərdə iştirak ediblər, media orqanlarında müsahibələrlə çıxış ediblər. Eyni zamanda, xidmətin sosial şəbəkə hesablarında uşaqlara qarşı zorakılıq, insan alverinə qarşı mübarizə kimi mövzularda onlayn müzakirələr təşkil olunub. Uşaq və Ailələrə Dəstək Mərkəzində pedaqoq, psixoloq və sosial işçilərin, eləcə də ailələrin iştirakı ilə görüş keçirilib. Xidmət əməkdaşları uşaq tərbiyə müəssisəsində yaşayan yeniyetmələr üçün təlim-tədris kurslarında da iştirak ediblər. “Azərbaycan Qaynar Xətt Xidməti”nin fəaliyyəti sosial şəbəkələr üzərindən cəmiyyətə çatdırılıb.
Xatırladaq ki, 2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə “Uşaq Qaynar Xətt Xidməti”nin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, Facebook və Instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
Tramp bölgəyə nəhəng hərbi qüvvə göndərdiyini təsdiqlədi: "İranın razılaşmaq istəyir, dəfələrlə zəng ediblər"
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO, YENİLƏNİB)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ