“Oğlumun qaytarıldığını qonşulardan eşitdim” - Cəmil Babayevin atası danışdı + VİDEO

img

09-09-2021 [13:52]


Ağdərədə yolunu azaraq Qarabağdakı Rusiya sülhməramlılarının nəzarəti altında olan əraziyə keçmiş azərbaycanlı hərbçi Cəmil Babayev ötən gün geri qaytarılıb.

Baku TV Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusunun evinə baş çəkib.

Cəmil Babayev 2000-ci ildə Goranboyun Muzdurlar kəndində dünyaya göz açıb. Orta məktəbi, hərbi xidməti bitirdikdən sonra 2020-ci ilin avqustunda MAXE kimi ordu sıralarında xidmətə başlayıb.

44 günlük Vətən müharibəsində iştirak edib. Onun azad olunması Babayevlərin sevincini hədsiz edib. Atası Natiq Babayev övladının şad xəbərini qonşulardan eşitdiyini deyir. Cəmilin anası Südabə Babayeva övladından narahatlıq keçirsə də, ölkə rəhbərinə, Ali Baş Komandana olan inamı onu sakitləşdirib. Cəmil Babayev sentyabrın 3-də ailəsinə “Whatsapp”la səs ataraq səhhəti haqda danışıb.

İndi Goranboyun Muzdurlar kəndində hər kəs tezliklə Cəmilin öz elinə, obasına qayıdacağı günü gözləyir.

Qeyd edək ki, Cəmil Babayevin dayısı 90-cı illərin Qarabağ müharibəsində şəhid olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA