Bakı məktəbləri üzrə yeni komissiya yaradıldı

img

07-09-2021 [16:40]


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nəzdində yeni Psixoloji-tibbi-pedaqoji komissiya yaradılıb.

Mia.az xəbər verir ki, bununla bağlı idarənin müdiri Mehriban Vəliyeva müvafiq əmr imzalayıb.

Əmrə əsasən, komissiya sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilə cəlb olunması işinin günün tələbləri səviyyəsində qurulmasına, onların yaşayış yerlərinə daha yaxın olmasına, səmərəliliyinin artırılmasına, həmçinin bu sahədə işin keyfiyyət göstəricilərində müsbət dinamikaya nail olmaq üçün yaradılıb.

Əmrə görə, BŞTİ nəzdində 3 saylı Psixoloji-tibbi-pedaqoji komissiya yaradılıb. Komissiyanın tərkibi də müəyyənləşib. Belə ki, Məktəb Lisey Kompleksinin psixoloqu Aygün Cəfərova komissiyanın sədri təyin edilib. Sədrə müavin və üzvlər də müəyyən edilib.

Əmrin icrasına nəzarəti M.Vəliyeva özü edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA