Qvineyanın yeni rəhbərliyi devrilən hökumət üzvlərinin ölkədən getmələrinə qadağa qoyub

img

06-09-2021 [18:02]


Qvineyanın yeni rəhbərliyi hərbi çevriliş zamanı devrilən hökumət üzvlərinin ölkədən getmələrinə qadağa qoyub.

“Guinee7” xəbər verir ki, bu barədə hərbi çevrilişə rəhbərlik edən xüsusi təyinatlı qüvvələrin komandiri, polkovnik-leytenant Mamadi Dombuya bildirib.

O, sabiq nazirlər və digər rəsmiləri məcburi qaydada topladıqları yığıncaqda nitq söyləyib və keçmiş hökumət üzvlərinə iş avtomobillərini təhvil verməyi də tapşırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA