Lənkəranda "Sosial ev"lərin inşasına hazırlıq gedir

img

06-09-2021 [16:27]


Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində çoxmənzilli binaların ("Sosial ev") tikintisi üçün layihə sənədlərinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Report vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Fövqalədə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Layihə İnstitutudur ("Azərdövlətlayihə").

Qalib instituta 210 min manat ödəniləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA