“Azərişıq” ASC-nin Sabirabad  Şəbəkəsinə bina tikənlər yaşıllıqları məhv edib

img

03-09-2021 [17:29]


Sabirabad rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanılıb.

Rayon prokurorluğundan Mia.az-a bildirilib ki, Sabirabad rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan material əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Müəyyən edilib ki, rayonun Qaragüney kəndi ərazisində “Azərişıq” ASC-nin Sabirabad Elektrik Şəbəkəsi üçün yeni inzibati binasının tikintisi zamanı “Admiral-2012” MMC tərəfindən yaşıllıqların götürülməsinə dair ekoloji ekspertiza rəyi olmadan 8 ədəd müxtəlif cinsli ağacların kökboğazından kəsilməsi nəticəsində təbiətə 3 min 380 manat məbləğində ziyan dəyib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.3 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA