Cəlilabadda daha iki aktiv koronavirus xəstəsi saxlanılıb

img

03-09-2021 [16:28]


Cəlilabadda yaşayış yerini tərk edən aktiv koronavirus xəstələri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Mia.az-a bildirilib ki, Cəlilabad rayon sakinləri - E.Xammədov və İ.Əzizov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və onlara tətbiq edilən qaydalara riayət etmələri, yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq və xəstəliyin digər insanlara yoluxmasına real təhlükə yaradaraq yaşadıqları ünvanları tərk etdikləri müəyyən edilib və onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar

Faktlarla bağlı araşdırma aparılır


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA