TƏBİB sədri baş həkimləri topladı: nələr müzakirə olunub? - FOTO

img

02-09-2021 [15:55]


TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi üçün ayrılmış xəstəxanalarda aparılan müalicə işi ilə bağlı növbəti onlayn görüş keçirib.

TƏBİB-dən verilən məlumata görə, görüşdə TƏBİB-in müavifiq struktur bölmə rəhbərləri və əməkdaşları, virusla mübarizə tədbirlərinə cəlb edilmiş xəstəxanaların rəhbərləri iştirak edib.

Çıxış edən İdarə Heyətinin sədri tətbiq edilən müalicə prosesinin effektivliyi, xidmət keyfiyyətinin yaxşılaşdırılması barədə danışaraq bu istiqamətdə tapşırıq və tövsiyələrini verib.

Daha sonra xəstəxana rəhbərlərinin mövcud vəziyyətdə müalicə işinin aparılması ilə bağlı fikirləri dinlənilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA