DİN: "Marketlərdə COVID-19 pasportu tələb edilmir"

img

01-09-2021 [16:29]


“Hələlik marketlərdə COVID-19 pasportu tələb edilmir”.

Bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

O bildirib ki, buna görə də supermarketlərə vətəndaşlar COVID-19 pasportu olmadan da daxil ola bilərlər:

"Amma mütləq şəkildə həmin obyeklərdə vətəndaşların hərarəti ölçülməli, dezinfeksiyaedici məhluldan istifadə edilməli, maska taxmalıdır. Ümumiyyətlə, vətəndaşlar koronavirus riski olan bütün yerlərdə tibbi maskadan düzgün şəkildə istifadə etməli, maska ağız və burun hissəsini tamamilə örtməlidir"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA