"Birinci Qarabağ müharibəsinə aid 197 naməlum məzar var" - İşçi Qrupunun rəhbəri açıqladı

img

30-08-2021 [12:13]


“Birinci Qarabağ müharibəsinə aid Bakı və digər şəhər, o cümlədən rayonlarda 197 naməlum məzar var. Onların vaxtilə GPS koordinatları çıxarılıb ki, yerləri yox olmasın və üzərlərində başqa qəbir, hər hansı bir inşaat işləri aparılmasın”.

Bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə Bakı və digər şəhər, rayonlarda Hərbi Prokurorluq tərəfindən intensiv şəkildə işlər aparılır: "İşlərin nəticəsi barədə isə ictimaiyyətə əlavə məlumatlar veriləcək"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA