"Bu aeroport Qarabağın hava qapısıdır” - İlham Əliyev

img

29-08-2021 [18:18]


“Füzuli beynəlxalq hava limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir. Qabaqda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində artıq hava limanı demək olar açılışa hazırlaşır”.

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İşğaldan azad olunmuş ərazilərə növbəti səfər zamanı deyib: “Hava limanının inşası bu il başlayıb v ə mən demişdim ki, bu il Füzuli beynəlxalq hava limanı istifadəyə veriləcək. Bəlkə də dünyada heç bir hava limanı bu cür sürətli templə tikilməmişdir. Uçuş-enmə zolağı da artıq hazırdır. Burada son tamamlanma işləri aparılır. Bir də qeyd etmək istəyirəm – bu il mən hava limanının təməlini qoydum. İndi isə artıq gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır”

Qeyd edək ki, dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA