Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
29-08-2021 [00:05]
Qoç - Cari problemləri tərəfdaşlarınızla müzakirə edin. İşdəki ağırlıq və yükü bölüşdürün. Əvvəllər dilə gətirilməyən, sirli saxlanan məsələlər gündəmə gələ bilər.
Maddi və fiziki resurslarınızı tükətməyin.
Çətin qərarı təxirə salmayın.
Əsas işi seçin, ikinci dərəcəli məsələləri təxirə salın.
Məntiqli və soyuqqanlı olsanız, daha çox iş görə bilərsiniz.
Məhsuldarlığınız çalışdığınız şəraitdən asılıdır. Gərəkli vasitələr və avadanlıq əl altında olmalıdır. Ətrafınızdakı insanlarla yalnız zərurət yarananda təmasda olun.
Buğa - Səfər, səyahət və ezamiyyət üçün uğurlu gündür. Yeni işə başlamaq, yaşam arealında yeniliklər etmək olar. Şəxsi məsələlərin həlli, dostlarla görüş, sevdiyiniz insanla görüşü təxirə salmayın.
Dükanlara baş çəkin, alış-veriş edin.
Gərginlik hiss edirsinizsə, yaşanan problemlərin istisnasız olaraq hamısının sizinlə bağlı olduğunu düşünməyin. Tərəfdaşlarınız və ya iş yoldaşlarınızdan gözləntilərinizə tam uyğun davranmağı tələb etməyin.
Problem və səhvlərə qapanmayın. Sədləri aşmaq, maneələri dəf etmək mümkündür.
Bir mövzuya diqqətinizi yönəldin.
Gəlir və ya mənfəət hiss etdiyiniz yerdə, mövzunun perspektivdə inkişaf edə biləcəyi müstəvidə qətiyyətli olun.
Əkizlər - Oxşar maraqlar, məqsədlər və planlarınız olan insanlarla bir araya gəlmək pis olmaz. Gün sakit deyil, əhvalınız dəyişə bilər. Olayların axarı təmasda olduğunuz insanlar və gördüyünüz işlərdən asılıdır.
Zamandan məqsədə çatmaq üçün maksimum istifadə edin.
Hər problemin həlli üçün birbaşa müdaxilə yaramır.
Təmkinli və soyuqqanlı davranış gərəksiz problemlərdən qurtulmağa yardım edə bilər.
Kommersiya işlərində uğurlu gündür.
Axşam saatlarında romantki şəraitdə görüşü reallaşdıra bilərsiniz.
Birgə planları müzakirə edin.
Xərçəng - Təmaslar, əlaqələr, gələn məlumatların sayı sürətlə artır. Səhər saatlarından etibarən qətiyyətli və inamlı olun.
Kiçik problemlərlə qarşılaşanda ruhdan düşməyin, geri çəkilməyin.
Əhvalınız yaxşılaşacaq. Amma praktiki olun, hər addımı ölçüb-biçin, diqqətli davranın.
Yaşamınızda şüurlu dəyişikliklərə başlaya bilərsiniz. Ehtiyac yaranarsa, sərt davranın. Şəxsi münasibətlərdə həssas olun, maliyyə məsələlərinin çözümündə hesabı unutmayın.
Ev işləri ilə məşğul olun.
Ailə üzvlərinin maraqlarını yaddan çıxarmayın. Onlar sizdən diqqət və qayğı gözləyirlər.
Şir - Aktivliyinizi artırın. Görüş, müzakirələr, yaradıcılıq aktivliyinizin izharı uğurlu olacaq. Ətrafınızdakı insanların maraqlarına zidd olarsa, niyyətinizi açıqlamayın.
Yaxın gələcəkdə işlərinizə ciddi təsir edə biləcək yeniliklər ola bilər.
Hansısa mövzunu hərəkətə gətirin. Stereotip anlamlardan qurtulun. Şərtlərin təsiri ilə planlarınızı dəyişmək ehtiyacına bir qədər sadə baxın.
Axşam saatlarında dəvət aldığınız yerə gedin.
Tələsməyin, kəmhövsələ olmayın. Maraqlarınızı bölüşən insanla söhbətləşin.
Qız - Yaxın günlərdə dürüst hərəkət etmək üçün prioritetləri yanlış müəyyənləşdirməyin. Gerçəkdən də mühüm məsələləri həll etmək şansı yaranır. İşgüzar fəaliyyətlə bağlı maraqlı imkanlar yaranarsa, istirahəti təxirə salın.
Bir çox mövzunu fərqli yollarla enerji ilə zənginləşdirə bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan birindən dəstək və ya yardım almaq istəyirsinizsə, məsləhətləri qulaqardına vurmayın. Əks təqdirdə həmin insanın sizə olan marağı itəcək.
Maraqlandığınız məsələ işə məşğul olun, həmfikirləri ətrafınıza toplayın, müxtəlif mövzuları müzakirə edin.
Sözügedən proses bilavasitə, praktiki xeyir verə bilər. Əks cins mənsubu ilə təmaslar xoş olacaq.
Tərəzi - Ayın ən effektiv və məhsuldar günüdür. Sizin üçün təxirəsalınmaz, ciddi məziyyətə malik işlə məşğul olun.
Enerji potensialı yüksək olduğundan problemlərin və məsələlərin sürətli həllinə çalışın. Yerdəyişmə, ünsiyyət, əlaqələrin bərpası, yeni tanışlıqlara ehtiyac duyula bilər.
Sonradan önəmli rol oynaya biləcək nüanslarla xırdalıqlara fikir verin. Çoxdan tanıdığınız, bələd olduğunuzu düşündüyünüz insanla münasibətlərdə yeni məqam aşkarlanır.
Axşam saatlarını evdən kənarda, dostlar və ya sevdiyiniz insanla keçirə bilərsiniz.
Əqrəb - Emosiyaların işə və effektiv fəaliyyətə mane olmaması üçün gərəkli balansı məyyənləşdirin. Uzunmüddətli mübahisələrə qatılmayın. Ətrafınızdakı insanlardan biri sizə maraqlı məsləhət verəcək.
Bu gün ciddi anlaşma və ya razılaşma əldə etmək çətindir. Müstəqil fəaliyyət daha yaxşı, əhəmiyyətli nəticələr verə bilər.
Romantik münasibətlərdə mütləq şəkildə ənənəvi davranış modelinə, rəğbət və diqqət izharının formatına riayət edin.
Axşam saatlarında gözəl məkanda dincəlməyə çalışın.
Oxatan - Görüş və danışıqlar hansısa məsələnin maliyyə yönlərini ön plana çəkəcək. Həmsöhbətin şirin dilinə, vədlərinə uymayın. Fəaliyyətlə işdəki rol bölgüsünü məntiqi baxımdan araşdırın, problemli məqamları nəzərdən keçirin. Bilik və bacarıqlarınızı nümayiş etdirin.
Perspektivlərinizi genişləndirin.
Günün ikinci yarısında aktiv olun. Plana riayət edərək mümkün qədər çox iş görməyə çalışın. Sabaha yarımçıq iş saxlamayın.
İstirahəti unutmayın, əks təqdirdə ertəsi günə yorğun başlayacaqsınız.
Oğlaq - Ailənin maraqlarını hər şeydən üstün tutun. Sevdiyiniz insanların qayğısına qalın. İşlərin düzgün təşkilatı və qayda indi önəmli məsələdir. Hadisələrin məcrasına təsir etmək istəyirsinizsə, düşünülməmiş addımlar atmayın.
Tərəfdaşın tempini anlayın. Onun aktivliyi, ambisiyaları və qətiyyəti ümumi işin xeyrinədir. Məqsədə doğru dinamik hərəkət edin.
İdeyalarınız imkanlarınızın spektrini genişləndirəcək. Cari məsələlərlə bağlı tələskənliyə yol verməyin.
Axşam saatlarında zahiri görünüşünüzə fikir verin.
Dolça - Sakit gün olmayacaq. Yeni ideya və təşəbbüsləriniz var. Bir yerdə oturmaq çətindir.
Əlaqələr, təmaslar, yerdəyişmələr çoxdur. Ünsiyyət və təmaslarda rəvanlıq olmayacaq. Sözlərinizə fikir verin. Ətrafınızdakı insanların qəlbinə toxunmamaq üçün sayıq davranın.
Aktivlik pozitiv səciyyəli olmalıdır.
Axşam saatları ünsiyyət, yeni əlaqələr və tanışlıqların yaradılması üçün əlverişlidir. Şəxsi münasibətlər müstəvisində etiraflar, birgə planların müzakirəsi və sirlərin bəzilərinin faş edilməsi üçün əlverişli zamandır.
Səfər və ya səyahətə çıxmaq olar. Daxili tarazlığı qorumaq üçün sinirlənməyin.
Yaşam arealı və iş yerinizdə qayda yaradın.
Balıqlar - Səbirli və uzaqgörən olun. Böyük planlar və gözləntilər problemlərlə qarşılaşa bilər. Soyuqqanlı olun, kiçik və xırda məsələlərə sinirlənməyin.
Çətinliklər situativ səciyyəli olduğundan onları asanlıqla dəf edə bilərsiniz.
Əks cins mənsubuna qarşı diqqətli olun. Ünsiyyətdə şəxsi məsələləri müzakirə etməkdən yayının.
Axşam saatlarında sakit istirahəti seçin. Təbiət qoynunda, dostlarla birlikdə vaxt keçirin.
Romantik görüş stressdən qurtulmağa yardım edər.
Milli.Az
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
Tramp bölgəyə nəhəng hərbi qüvvə göndərdiyini təsdiqlədi: "İranın razılaşmaq istəyir, dəfələrlə zəng ediblər"
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO, YENİLƏNİB)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub