Gürcüstanda məktəblər açılmayacaq - Rəsmi qərar verildi

img

27-08-2021 [17:26]


Bu il Gürcüstanda yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbi ilə məktəb və universitetlərdə yeni dərs ilinə distant qaydada başlanılması planlaşdırılır.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, ənənəvi dərsləri bərpa etmək təhsil müəssisələri işçilərinin 80%-nin peyvəndlənməsindən və yoluxma nisbətinin 4%-dən aşağı düşməsindən sonra mümkün olacaq.

A. Qamkrelidze koronavirusun “Delta” ştammının gənclər arasında sürətlə yayıldığını, bu səbəbdən də epidemioloji vəziyyət düzələnədək tədris prosesinin distant qaydada təşkil edilməsinin vacibliyini vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA