Türkiyə Əfqanıstanda olan hərbçilərini çıxarır, bəs Azərbaycan? - MN açıqlama yaydı

img

25-08-2021 [21:36]


Türkiyə Əfqanıstanda olan hərbçilərini çıxarmağa başlayıb.

MİA.AZ Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu qərar mövcud vəziyyət və şərtlər qiymətləndirildikdən sonra atılıb:

“Türk Silahlı Qüvvələri onlara həvalə edilən bu vəzifəni uğurla yerinə yetirmənin qüruru ilə Vətənə qayıdır. Digər ölkələrin əsgərləri ilə Həmid Kərzai hava limanındakı qarışıqlığa müdaxilə edildi və aeroportda təhlükəsizlik təmin olundu. Bu müddətdə hərbi təyyarələrimiz ilə 1 129 mülki şəxs təxliyə edilib".

Türkiyənin bu qərarından sonra sözsüz ki, Azərbaycanın da paralel addım atacağı qaçılmaz olacaq.

Hələlik isə Azərbaycan MN-dən  açıqlama verilməyib.

***

Türk hərbçilərin Kabili tərk etməsi barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da danışıb.

O bildirib ki, Türkiyə hərbi kontingenti Əfqanıstandan artıq qayıdır.

Ərdoğan Əfqanıstanda gedən proseslərin gələcəyini sözlə deyil, "Taliban" hərəkatının gələcək addımları ilə təyin edəcəyini vurğulayıb: “Əfqanıstanda sabitliyin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədə çatmaq üçün Ankara Əfqanıstanda bütün tərəflərlə sıx dialoqa davam edəcək".

Ərdoğan deyib ki, Türkiyənin Suriya və Əfqanıstandan əlavə qaçqın yükü qəul edə bilməz.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA