ÜST: "Koronavirusa yoluxma və ölüm halları azalıb"

img

25-08-2021 [20:28]


Dünyada koronavirusa yoluxma və ölüm halları avqustun 16-22-i aralığında sabit qalıb.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, 16-22 avqust tarixlərində dünyada 4,5 milyondan çox yoluxma hadisəsi qeydə alınıb, 68 mindən çox insan ölüb.

"İyunun 23-dən bəri ilk dəfədir ki, koronavirusla bağlı rəqəmlər sabit qalıb. Bir gün əvvəl, avqustun 24-də iyunun 23-dən bəri ilk dəfə olaraq ölkədə gündə 19 mindən az insan koronavirusa yoluxub", - Qebreyesus deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA