Gürcüstanda peyvənd üçün yaş həddi 12-yə endiriləcək

img

25-08-2021 [15:29]


Gürcüstanda yaxın zamanlarda 12 yaşdan yuxarı uşaqların koronavirusa qarşı peyvəndlənməsi prosesinə başlanılacaq.

Bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

Onun sözlərinə görə, yaşı 12-dən yuxarı olan uşaqların vaksinasiyası pandemiyanın sona çatması üçün əsas məqamdır: “Vaksinasiya komitəsi bu məsələyə baxacaq və qərar 2-3 həftədən sonra qəbul olunacaq. Avropanın bir sıra ölkələrində belə təcrübə var, biz bunu nəzərə alacağıq”.

Nazir müavini deyib ki, 12 yaşdan yuxarı uşaqların peyvəndlənməsi valideynlərin istəyinə əsasən aparılacaq.

Qeyd edək ki, qonşu ölkədə hazırda vaksin 16 yaşdan yuxarı şəxslərə vurulur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA