Prezidentin mühafizəsi gücləndirilib

img

07-02-2014 [13:09]


Ukrayna prezidenti Viktor Yanukoviçin mühafizəsi gücləndirilib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mühafizənin gücləndirilməsi ilə yanaşı, prezidentin yanına buraxılan adamlar daha diqqətlə yoxlanlır, sənədlər ciddi nəzarətdən keçirilir, ərazinin mühafizəsi gücləndirilir. 

Prezidentin olduğu yerlərdə vətəndaşlara mobil telefon götürmək qadağan edilib.

Xidməti istifadə üçün nəzərdə tutulan sərəncam Ədliyyə Nazirliyində hələ yanvarın 30-da qeydiyyatdan keçib.

Prezidentin müvəqqəti səfər etdiyi yerlərdə sakinlər özləri ilə çanta gəzdirə bilməz.

Yeni qaydaların ölkədəki ağır siyasi vəziyyətlə əlaqələndirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA