Ərdoğan Soçidə Putinlə görüşüb

img

07-02-2014 [17:35]


Soçidə Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.APA-nın Rusiya bürosunun məlumatına görə, V.Putin Türkiyə baş nazirinə Qış Olimpiya oyunlarının açılış mərasiminə qatıldığı üçün təşəkkür edib:
"Biz burada sizə daha çox yaxınıq, Qara dənizdən qonşuyuq. Sizin idmançılara da uğurlar arzulayırıq. Bildiyimə görə, sizin fiqurlu konkisürmə komandanızı rusiyalı mütəxəssislər hazırlayıblar. Ona görə də, biz onlara da azarkeşlik edəcəyik”.
Türkiyənin xüsusi tərəfdaş ölkə olduğunu deyən V.Putin qeyd edib ki, iki ölkə arasındakı münasibətlərdə inkişaf tendensiyası nəzərə çarpır.
"Demək olar ki, keçən il 4 milyon rusiyalı turist Türkiyəyə səfər edib. Bu bizi çox sevindirir. Soçidə obyektlərin tikintisində işləyən türkiyəli inşaatçılara da təşəkkürümü bildirirəm. Deməliyəm ki, bizim mütəxəssislər onların gördüyü işlərdən razı qaldılar. Türklər çox peşəkar çalışıblar”, - deyə o, vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA