Əfqanıstanda daxili toqquşma: 3 rayon "Taliban"dan geri alındı

img

20-08-2021 [19:01]


Əfqanıstanda xalq könüllüləri Baqlan əyalətinin bir hissəsini taliblərdən geri alıb.

TASS xəbər verir ki, bu barədə "Pajhwok" agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, xalq könüllüləri Baqlan əyalətindəki üç rayonu "Taliban" döyüşçülərindən geri alıb.

Könüllülərə ordu komandiri Əbdül Həmid Dadqar rəhbərlik edir.

"Taliban"dan bununla bağlı hələlik məlumat daxil olmayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR