TÜRKİYƏ ƏFQANISTANDAN QAÇQINLAR QƏBUL ETMƏYƏ HAZIRLAŞIR: "Bu mövzuda ABŞ-la müzakirələr aparılır"

img

20-08-2021 [15:43]


“Əfqanıstan xalqı bizim müsəlman qardaşımızdır”.

Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident bildirib ki, Əfqanıstan xalqı bizim müsəlman qardaşımızdır: "Onlara qapımızı bağlayası deyilik. Bu mövzuda ABŞ-la müzakirələr aparılır. Hazırda orada ölümdən uzaq bir addımın atılmış olması, məncə, Əfqanıstanın ən önəmli qazancıdır".

Ərdoğan qeyd edib ki, Əfqanıstandan Türkiyəyə 1,5 milyon qaçqının miqrasiyası barədə deyilənlər yalandır: "Hazırda məlumata görə, ölkəmizdə 300 min qeydiyyatsız Əfqanıstan qaçqını var. Əfqanıstanda bütün imkanlarımızla istər infrastruktur, istər digər məsələlərdə əlimizdən gələni etmişik. Çalışmalarımızı hazırda da davam etdiririk”.


Digər xəbərlər
SON XƏBƏRLƏR