Jurnalist evini şəhid anasına hədiyyə edib - FOTO

img

18-08-2021 [13:38]


Tanınmış jurnalist Şakir Eminbəyli "Jurnalistlər binası"ndakı mənzilini şəhid anasına hədiyyə edib.

Mia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.

Paylaşımda deyilir:  “Şəhid Yusif Budaqovun anası Lətafət xanım! 

Yusifin mərdliyi, qəhrəmanlığı və şəhadəti qarşılığında hər nə etsək, azdır... Yeni mənzilinizdə sağlam və gözəl ömür yaşamağınızı arzu edirəm”.

Yusif Ramiq oğlu Budaqov 1997-ci ilin 11 oktyabrında dünyaya gəlib. O, evin tək övladı olub. İkinci Vətən müharibəsində iştirak edən Yusif Füzuli istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Onun ailəsi Bakıda kirayədə yaşayıb.

Xatırladaq ki, “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi Şakir Eminbəyli bir müddət öncə prezidentin 2017-ci ildə ona hədiyyə etdiyi mənzili şəhid ailəsinə bağışlayacağını demişdi. (modern.az)

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA