Samir Şərifovun müşavirlərinin sayı artıb

img

16-08-2021 [17:30]


Maliyyə naziri Samir Şərifovun müşavirlərinin sayı artıb.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, nazir indiyənədək özünə 6 müşavir və bir köməkçi təyin edib.

Yusif Heydərov Samir Şərifovun köməkçisidir. O bundan əvvəl Maliyyə Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq, ikitərəfli münasibətlər və protokol sektorunun müdiri olub.

Rafiq Hüseynov da nazirin hərbi qurumlar və hüquq-mühafizə orqanları üzrə müşaviridir. O, bu vəzifədən əvvəl Maliyyə Nazirliyinin hərbi qurumların və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin müdiri olub.

Qeyd edək ki, Elxan Cəfərov, Adil Məmmədov, Elçin Qəhramanov və Elman Mehdiyev də nazirin müşavirləridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA