KTN-nin institutunda tender: 1.2 milyonu udan şirkət kimindir?

img

23-08-2021 [17:47]


Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçiliq Elmi-Tədqiqat İnstitutu meyvəçilikdə virussuz əkin materialının innovativ üsulla istehsalının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Report vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Babil Construction and Procurement" MMC-dir.

Qalib şirkətə 1 milyon 199,5 min manat ödəniləcək.

Qeyd edək ki, "Babil Construction and Procurement" MMC 2020-ci ilin sentyabrın 15-də dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə İsgəndər Muxtar oğlu Baxışovdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA