Türkiyədə qohumlar arasında atışma olub, 4 nəfər ölüb

img

29-07-2021 [16:50]


Türkiyənin Trabzon əyalətinin Hayrat rayonunda düşmən qohumlar arasında baş verən atışma nəticəsində 4 nəfər ölüb.

Hadisə iyulun 29-da günorta saatlarında rayonun Güldərən məhəlləsində qeydə alınıb.

Bildirilib ki, 8 il əvvəl yaşanan bir hadisə zamanı Bektaş ailəsinə mənsub iki qrup arasında mübahisə yaranıb. Bu qısa müddət ərzində davaya çevrilib. Tərəflər bir-birinə silah çəkərək atəş açıblar.

Məlumata görə, polis əməkdaşları hadisə yerindən qaçan Abdi və İshak Bektaşın tutulması üçün əməliyyata başlayıb./Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:56 25.09.2021

Sabah yağış yağacaq