Putin Təhlükəsizlik Şurasını topladı: Azərbaycanla Ermənistan arasındakı son gərginlik müzakirəyə çıxarılıb

img

28-07-2021 [18:30]


Rusiya Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, V.Putinin sədrliyi ilə keçirilən toplantıda Rusiyanın sosial-iqtisadi inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Şuranın iclasında eyni zamanda, Azərbaycan və Ermənistan sərhədində baş verən son hadisələr, Əfqanıstandakı durum və beynəlxalq gündəmin digər aktual məsələləri müzakirə edilib/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR