ABŞ dövlət katibinin müavini Çinə səfər edəcək

img

21-07-2021 [17:25]


ABŞ dövlət katibinin müavini Vendi Şerman iyulun 25-26-da Çinə səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilib.

Qeyd olunub ki, V.Şermanın Çin rəsmiləri, o cümlədən xarici işlər naziri Van İ ilə görüşü planlaşdırılıb.

O, Çindən iyulun 27-də Omana yola düşəcək. Şerman orada Oman xarici işlər nazirinin müavini şeyx Xəlifə əl-Xarti ilə görüşəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR