Ermənistanda müdafiə nazirinin müavini də vəzifədən çıxarıldı

img

21-07-2021 [16:42]


Ermənistan müdafiə nazirinin müavini Suren Saakyan tutduğu vəzifədən azad edilib.

 “Sputnik Armeniya” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri səlahiyyətlərinin icra edən Nikol Paşinyan sərəncam imzalayıb.

Bir müddət əvvəl Nikol Paşinyanın qərarı ilə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının birinci müavini Arşak Karapetyan müdafiə nazirinin birinci müavini təyin olunub. O, faktiki olaraq müdafiə naziri vəzifəsini icra edəcək.

Xatırladaq ki, iyulun 20-də müdafiə naziri Vaqarşak Arutyunyan tutduğu vəzifədən azad olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:56 25.09.2021

Sabah yağış yağacaq