Bakıda partlayış olub, yaralılar var

img

30-01-2014 [13:44]



 Bakının Nərimanov rayonunda partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə İ.Abışov küçəsində yerləşən mənzillərdən birində qeydə alınıb. 

 Şirzad Əmiraslanovun evində qeydə alınan partlayışa qaz sızması səbəb olub. Partlayış sonradan yanğına keçib. Nəticədə 30 kvm. sahə yararsız vəziyyətə düşüb və dam örtüyü çöküb. 

Yanğın nəticəsində ev sahibi Ş.Əmiraslanova və oğlu Naib yanıq xəsarətləri alıblar. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.

anspress


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA