"Bandotdel" Bakıda iki əməliyyat keçirdi...

img

30-01-2014 [13:30]


Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları bir gündə iki əməliyyat keçirib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, idarənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mübariz Hacızadədən 1 kiloqram 55,48 qram həşiş qətranı götürülüb.

Digər əməliyyat nəticəsində narkotik vasitə ilə tutulmuş Kamal Məmmədovun Yeni Suraxanı qəsəbəsindəki evinə baxış zamanı nömrəsi silinmiş "PSM” markalı tapança və 1 patron darağı aşkar edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA