Bu obyektlərdə qayda pozuntuları olub

img

13-07-2021 [16:23]


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 405 ictimai iaşə obyektində 669 monitorinq keçirib.

AQTA-dan Mia.az-a verilən məlumata görə, monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎rayonu, Neftçilər prospektində yerləşən, fiziki şəxs Əliyev Elton Pehruz oğluna məxsus kafe;

2. Bakı şəhəri, Xətai rayonu, Vunq Tau 3 ünvanında yerləşən, hüquqi şəxs "Resant Consulting And Managment" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Xaçapuri park” restoranı;

3. İsmayıllı rayonu, Babək küçəsində yerləşən, fiziki şəxs Mövlamov Məhərrəm Mövlam oğluna məxsus restoran;

4. Şəki şəhəri, Giləhli 36 ünvanında yerləşən, fiziki şəxs Quliyeva Günel Fərruz qızına məxsus restoran.


Digər xəbərlər
SON XƏBƏRLƏR