Azərbaycanlı "qanuni oğru"ya qarşı ittiham irəli sürülüb

img

12-07-2021 [17:58]


Rusiyanın paytaxtı Moskvada cinayətkar aləmdə avtoritet kimi tanınan Rəşad İsmayılova (Rəşad Gəncinski) qarşı ittiham irəli sürülüb.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin Moskva üzrə İstintaq Baş İdarəsinin nümayəndəsi Yuliya İvanova iyulun 12-də jurnalistlərə bildirib.

Onun sözlərinə görə, İsmayılov 2013-cü ildən başlayaraq 7 il ərzində “qanuni oğru” olub. Ona qarşı “cinayətkar ierarxiyada ən yüksək vəziyyətdə olmaq” maddəsi üzrə cinayət işi başlanılıb.

Bildirilib ki, İsmayılov 2009-cu il mayın 13-də Moskvada İzmayılov şosesində yerləşən kafedə iki nəfərin qətlə yetirilməsində iştirakda şübhəli bilinir/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA