Azərbaycanın neft və qaz ehtiyatlarının həcmi açıqlanıb

img

12-07-2021 [12:10]


2020-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş neft ehtiyatlarının həcmi 7 milyard barel və ya 1 milyard ton təşkil edib.

Bu barədə BP şirkətinin hər il dərc etdiyi dünya energetikası üzrə statistik icmalına istinadən xəbər verir ki, Azərbaycanın təsdiq edilmiş neft ehtiyatlarının həcmi 2019-cu ilin sonuna olan göstərici ilə eynidir.

Hesabata əsasən, 2000-ci ilin sonuna ölkənin neft ehtiyatlarının göstəricisi 1,2 milyard barel təşkil edib.

2020-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 2,5 trilyon kubmetr təşkil edib.

BP-nin dünya energetikası üzrə statistik icmalına əsasən, bu da daha əvvəlki ilin göstəricisinə bərabərdir. 2000-ci ilin sonunda bu göstərici 1 trilyon kubmetr təşkil edib/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA