Azərbaycanda qatar aşdı

img

29-01-2014 [13:32]



Azərbaycanda yük qatarı relsdən çıxıb. ANS PRESS-in məlumatına görə, hadisə dəmiryolunun Hacıqabul rayonunun Muğanlı qəsəbəsindən keçən hissəsində baş verib. 

Yük qatarının 3-4 vaqonun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov ANS PRESS-ə faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə ölkə daxilində tikinti materialları, daş daşıyan qatarda qeydə alınıb.

Qurum rəsmisi faktla bağlı daha ətraflı məlumatın veriləcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA