Azərbaycanda iyun ayında gündəlik neft hasilatı 705,1 min barrel olub

img

10-07-2021 [12:08]


Bu ilin iyun ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 705,1 min barrel olub.

Mia.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bunun 610 min barrelini xam neft, 95,1 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin iyun ayında 610 min barrel, iyul ayında isə 620 min barrel səviyyəsində saxlanılması müəyyənləşib.


Digər xəbərlər
SON XƏBƏRLƏR