Mikayıl Cabbarov: "Qeyri-neft sənayesi məhsullarının ixracı 40% artıb"

img

09-07-2021 [17:08]


"Azərbaycanda qeyri neft sektorunun ixrac potensialı sürətlə artır".

Bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov "Twitter"də bildirib.

"Bu ilin 6 ayında qeyri-neft məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 27,1% artaraq 1 162,4 milyon ABŞ dollarını keçib. Bu dövrdə qeyri-neft sənayesi məhsullarının ixracında isə 40,1%-lik artıma nail olunub. Ümumilikdə, I yarımillikdə ixracdan gəlirlərin artımı 14,8% təşkil edib. Bu, maliyyə dayanıqlılığına müsbət təsir etməklə yanaşı, yeni iş yerlərinin yaradılmasını, valyuta ehtiyatlarımızın stabilliyini təmin edir", - deyə o qeyd edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA