Vüqar Səfərli ilə daha 10 nəfərin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi - Əmlaklarına həbs qoyulub
06-07-2021 [15:10]
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.
Mia.az Baş Prokurorluğa istinadla xəbər verir ki, aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib:
"Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Məşhur müğənnilərin həbsi... - Türkiyəni çalxalayan əməliyyatdan yeni xəbər var (FOTOLAR)
"Qarabağ" “Sabah”a uduzdu - Liderlikdə əldən çıxdı
Qəzzada gərginlik: üç uşaq yaralanıb
Putinin sözçüsü: "Bunu çox təhlükəli hesab edirik"
Kreml: "ABŞ rəsmiləri ilə yeni görüşə hazırlıq gedir"
Ziraat Türkiyə Kuboku: "Gənclərbirliyi" geri düşdüyü matçdan qalib
Konfrans Liqası: türk klubu Almaniyada gücünü sınayacaq
Leyla Əliyeva ÜST-in xüsusi nümayəndəsi ilə görüşüb
Vilayət Eyvazov Federasiya prezidenti seçilib
Amazon Web Services Azərbaycanda
PA rəsmisi Cavid Musayev: "Azərbaycan beynəlxalq media və informasiya tədbirlərinin..."
"Boğazını qayçı ilə kəsiblər, ağzı, əl və ayaqları da..." - 35 yaşlı şəxs keçmiş arvadını öldürüb + VİDEO (Yenlənib)
Mikayıl Cabbarov Omanın iqtisadiyyat naziri ilə müzakirə aparıb
Bu faydalı yataqlar satışa çıxarıldı - SİYAHI
"Karvan-Yevlax"dan AFFA-ya şikayət olunub
Sədərəkdə arvadını öldürməyə cəhd edən şəxs saxlanılıb
Gəncə Dövlət Universitetində aktual problemlərə həsr olunmuş elmi seminar keçirildi - FOTOLAR
Zəngilanda regional bölmə yaradılacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yeni sədri kollektivə təqdim olunub
Prezidentin Katibliyinin rəisi və müavini barədə sərəncam verildi
Kamran Əliyev Qətərdə beynəlxalq tədbirə qatılıb
Şahrudin Məhəmmədəliyev Almaniyada əməliyyat olunub
21 yaşlı əsgər Əli Cəfərovun ölüm faktı üzrə araşdırma aparılır
Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salınıb - Paşinyandan açıqlama (Yeniləyib)
Müasir poeziyamızın səsi: ruhun həndəsəsi – Qulu Ağsəsin misralarında həyat (VİDEO)
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev Fərman imzalayıb - FOTO
Rektor və müəllimlər təltif olundu - Sərəncam + SİYAHI
"Beşiktaş" "Mançester Yunayted"in qolkiperinə "göz qoyub"
ABŞ Tayvana müasir silahlar göndərir - 10 milyard dollarlıq
Toyda camış əti verən şadlıq evi məşhur iş adamının imiş... - Biznesmen geri çəkilmədi, AQTA-nı "topa tutdu" + FOTOLAR (YENİLƏNİB)
"VİLLANIN SATIŞ QİYMƏTİ 17 MİLYON AVRODUR" - "UNİBANK"in rəhbəri ultralüks villasını satışa çıxardı (FOTOLAR)
Sənan Həsənov AMEA-nın yubiley medalı ilə təltif olunub - FOTO
Dövlət Agentliyinə direktor təyin olundu - Nazir əmr verdi (FOTO)
Sabah hava necə olacaq? - Proqnoz
Energetika Nazirliyində kollegiya iclası keçirilib