Əmanətlərin Sığortalanması Fondunda kadr dəyişikliyi aparılıb

img

06-07-2021 [14:47]


Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Risklərin idarə edilməsi və investisiya departamentinin direktoru vəzifəsinə təyinat olub.

Mia.az xəbər verir ki, Fonddan verilən məlumata görə, bu vəzifəyə Cəlal Rayi gətirilib.

O, 2005-2009-cu illərdə Hindistanın Banqalor Universitetinin biznesin idarə olunması ixtisasını bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib.

2015-2017-ci illərdə isə ADA Universitetində və Niderlandın Magistr İdarəetmə Məktəbində biznesin idarə olunması ixtisası üzrə xüsusi magistr dərəcəsini bitirib.

Əlavə olaraq, C. Rayi 2018-ci ildə dünyaca məşhur Qlobal Risk Peşəkarları Birliyi İnstitutunun maliyyə riskinin idarə edilməsi ixtisası üzrə sertifikatına sahib olub.

C. Rayi 2012-ci ildən bu günədək həm özəl, həm də dövlət təşkilatlarında peşəkar mütəxəssis kimi çalışıb. Son təyinata qədər isə o, "XalqBank" ASC-nin Risklərin idarə edilməsi departamentində mütəxəssis kimi fəaliyyət göstərib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA