50 milyard manat gəlir: SOCAR 2020-ci il üzrə maliyyə göstəricilərini açıqlandı - CƏDVƏL
06-07-2021 [12:59]
Dünya neft sənayesi tarixinin ən təlatümlü dövrü kimi yaddaşlarda qalan 2020-ci ildə SOCAR neft və qaz yataqlarının işlənməsi, karbohidrogenlərin nəqli və satışı seqmentlərində əldə etdiyi müsbət nəticələr hesabına üzləşə biləcəyi xalis zərəri azaltmağa nail olub.
SOCAR 2020-ci ili 1 milyard 734 milyon manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 651 milyon manat xalis mənfəət ilə bağlamışdı.
Marja SOCAR-ın maliyyə hesabatına əsasən xəbər verir ki, 2019-cu illə müqayisədə şirkətin gəlirləri 41 faiz və ya 34 milyard 145 milyon manat azalaraq 49 milyard 607 milyon manat təşkil edib. SOCAR 2019-cu ildə 83 milyard 752 milyon manat gəlir əldə etmişdi.
2019-cu ilin sonunda SOCAR-ın cəmi aktivləri 65 milyard 375 milyon manat ikən, 2020-ci ilin sonunadək 64 milyard 155 milyon manata geriləyib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, şirkət pandemiya dövründə həyata keçirdiyi optimallaşdırma tədbirləri nəticəsində gözlənilən zərərini azaltmağa nail olub.
Dünya neft sənayesi tarixinin ən təlatümlü dövrü kimi yaddaşlarda qalan 2020-ci ildə SOCAR neft və qaz yataqlarının işlənməsi, karbohidrogenlərin nəqli və satışı seqmentlərində əldə etdiyi müsbət nəticələr hesabına üzləşə biləcəyi xalis zərəri azaltmağa nail olub. Hesabat ilində şirkətin ümumi dövriyyəsi 49,6 milyard manat təşkil edib. Dövriyyənin azalmasına dünya bazarında neft və təbii qazın qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, həmçinin neft və neft-kimya məhsullarının gəlir marjalarının əhəmiyyətli dərəcədə azalması təsir göstərib.
2020-ci il, əsasən, apstrim seqmenti, yəni neft və qaz yataqlarının işlənməsi üçün çətin dövr olsa da, SOCAR bu sahədə əsaslı optimallaşdırma tədbirləri həyata keçirməklə, 1,4 milyard manat, ticarət, paylanma və satış seqmentində isə 0,3 milyard manatlıq mənfəət əldə edib. Bu isə hətta 2019-cu ildə bu iki seqment üzrə əldə olunan 1,6 milyard manat cəmi xalis mənfəətdən çoxdur.
Bununla belə, şirkət fəaliyyət göstərdiyi digər sahələrdə və bəzi xarici ölkələrdə, o cümlədən, xarici sərmayələrinin daha çox olduğu Türkiyə bazarında pandemiyanın iqtisadi təsirlərinə məruz qalaraq, həmçinin valyuta məzənnəsində yaranan fərq səbəbindən itkilərlə üzləşib. Bu itkilərin miqdarı digər seqmentlərdə əldə olunmuş müsbət nəticələri üstələyərək, ümumi nəticədə zərərə səbəb olub. Belə ki, il ərzində SOCAR-ın xalis zərəri 1,7 milyard manat olmuşdur. Bu, şirkətin konsolidə olunmuş maliyyə hesabatlarını təqdim etməyə başladığı 2008-ci ildən 2020-ci il hesabat ilinədək baş vermiş ikinci belə haldır. 2015-ci ildə şirkət hesabat ilini devalvasiya nəticəsində xalis zərərlə, 2008-2019-cu illər arasında bütün başqa illəri isə mənfəətlə başa vurub.
2020-ci ildə SOCAR-ın ümumi aktivlərinin dəyəri 64,2 milyard manat, cari aktivlərin dəyəri 18,3 milyard manat, uzunmüddətli aktivlərin dəyəri isə 45,9 milyard manat həcmində qiymətləndirilib, cari öhdəlikləri 20,6 milyard manat, uzunmüddətli öhdəlikləri isə 21,6 milyard manat olub. Hesabat ilində SOCAR-ın cəmi kapitalı 21,9 milyard manat, nağd pul vəsaitləri 6,2 milyard manat, ümumi öhdəliklərin ümumi aktivlərə nisbəti isə 66% təşkil edib.
Qeyd edək ki, şirkətin 2020-ci ilin dekabrın 31-i tarixinə hazırlanmış maliyyə hesabatları nüfuzlu beynəlxalq audit şirkəti Ernst & Young Holdings (CIS) B.V. tərəfindən müsbət rəy veriləndən sonra ictimaiyyətə təqdim olunur. SOCAR-ın sonuncu maliyyə hesabatına bu keçid üzərindən baxa bilərsiniz.
https://socar.az/socar/assets/documents/en/socar-financial-reports/Financial%20report%202020.pdf
İsrail ordusu Livanın cənubunu bombalayıb
ÜST: "Sudanda vəba epidemiyası yayılır"
Ağ Ev: "Ruslar Trampla gələn həftə görüşmək istəyir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xorxe Kosta vəfat edib
"Beşiktaş" müdafiəçisi ilə bağlı açıqlama yayıb
"Leypsiq" Romulonu transfer etməyə hazırlaşır
"Amedspor" sağ cinah müdafiəçisi transfer edib
"Milan" 39 milyona yarımmüdafiəçi transfer edib
ABŞ-da hərbi bazaya hücum - Ölən və yaralananlar var
"Le Havre" Alli Samattanı transfer edib
Xaricdə təhsil alan 107 nəfərin diplomu tanınmayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakının bu ərazisində bu gün işıq olmayacaq - Səbəb
"Söhbət necə bir nəticədən gedir? - TRAMPIN ƏLİYEV VƏ PAŞİNYANLA GÖRÜŞÜNÜN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ...
Mərc və qumar oyunları təşkil edən dəstə üzvləri saxlanılıb
Keçmiş xidmət rəisi hakim qarşısına çıxarılıb
"AEK Athens" Luka Yoviçlə müqavilə imzaladı
"Feyenoord" müdafiəçi transfer edib
"Benfika" klubu Kerem Aktürkoğlu ilə bağlı açıqlama yayıb
"Trabzonspor" sol cinah hücumçusu ilə razılığa gəlib
Rusiya Azərbaycan qazının ötürüldüyü stansiyanı vurub - Ukrayna Energetika Nazirliyi məlumat yayıb
"Beşiktaş" köhnə futbolçusunu transfer etmək istəyir
"Olimpik Lion" Tayler Mortonu heyətinə qatıb
Heung-Min Son "Los Anceles" komandası ilə anlaşdı - 20 milyon dollar
İordan çayının qərb sahilində 18 fələstinli həbs edilib
İsrail Qəzzada yardm gözləyənləri atəşə tutub - 19 nəfər ölüb
"İmişli" klubu Yav Mozesi heyətinə qatıb
Allahşükür Paşazadənin qardaşı oğlu “Espressolab" açıb
Muxtar Babayevdən boşlan post - Nazir vəzifəsinə kim gətiriləcək?
Bülbülə qəsəbə sakinləri su deyib imdad diləyirlər - VİDEO
Sabah hava necə olacaq? - Proqnoz
Sabiq rəisin əmlaklarının siyahısı yayıldı
İlham Əliyev Baş nazirə məktub göndərib - MƏTN
Professor Aida Tağızadə vəfat edib
Nazir müavini vəzifədən çıxarıldı
Agentlik sertifikatlı, analizli tingdən müxtəlif adlarla pul tələb edir? - Sahibkar şikayətlənir
Baş ağrıları niyə artıb? - VİDEO
"Əgər ciddi araşdırılsa, “bloger” adı altında..." - "Saxta milyonlarla izləyici və baxışlarla sahibkarları aldadırlar"
Aybəniz Haşımovanın, Rəqsanənin bloger qızları...- Bir paylaşıma 1500-dən 5000 manata qədər reklam + VİDEO
Qaradağda 33 yaşlı şəxs 34 kq narkotiklə tutulub
Azərbaycan nefti daha 1.5 dollar ucuzlaşdı
Trampın İlham Əliyev və Paşinyanla görüşü gözlənilir - Ermənistan lideri ABŞ-a yollandı (YENİLƏNİB)
Bakıda saat 9:00-da 40 dərəcə isti olub