BP ən çox zərər görən şirkətlər sırasında - 20,3 milyard dollar

img

06-07-2021 [12:51]


Böyük Britaniyanın məşhur enerji şirkəti “British Petrolium” (BP) şirkəti 2020-ci ilə zərərlə yekun vurub.

Mia.az şirkətin hesabatlara əsasən xəbər verir ki, BP şirkəti ötən il 20,3 milyard dollar zərər edib.

BP-nin maliyyə hesabatlarının analizinə əsasən, 2010-2020-ci illər ərzində nəhəng enerji şirkəti üç dəfə zərərə gedib. Belə ki, şirkət 2010-cu və 2015-cı illəri də zərərlə başa vurub.

Həmçinin, BP-nin mənfəəti 2016-cı ildə son 10 ilin ən aşağı həddində olub. Şirkət 2019-cu ildə 4 milyard dollar mənfəət əldə edib ki, bu da 2018-ci illə müqayisədə iki dəfə azdır. Əlavə edək ki, BP 2018-ci ildə 9,4 milyard dollar gəlir əldə edib.

Qeyd edək ki, BP ilə yanaşı dünyanın digər məşhur neft-qaz şirkətləri də pandemiyanın müvafiq enerji resurslarına tələbatı azaltması ilə maliyyə itkiləri ilə üzləşiblər. Sektorda fəaliyyət göstərən bir çox şirkətlərinin hesabatlarında da mənfi tendensiya nəzərə çarpıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA