Vəsatətə görə vəkil cərimələnəcək, bəs əsassız qərarlar verən hakimlər? - YENİ QANUNUN ETİRAZ DOĞURAN TƏFƏRRÜATI
27-06-2021 [13:30]
“Məsələn, deputat olaraq bizə müraciət edən vətəndaşlarla bağlı dövlət qurumuna müraciət edirik. O zaman həmin dövlət qurumu da bizim müraciətimizin əsassız olduğunu yazmalı və bizi də cərimələməlidir?”.
Mia.az xatırladır ki, bu sözləri Milli Məclisdə məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı Fazil Mustafa deyib.
O, bu dəyişikliyi tamamilə absurd adlandırıb.
“Əsassız qərarlar verən hakimlər hansı cəriməni ödəyirlər?”
Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva son illərdə vəkillərin sayının 840 nəfərdən 2025-ə qaldırıldığını söyləyib: “Məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına, onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edəcək. Burada təkcə vəkildən söhbət getmir. Kasıb insanlar bu cərimələrdən azad olunmalıdır. Ümumiyyətlə, cərimənin məbləği məsələsinə yenidən baxılmalıdır ki, narazılıq olmasın. Digər tərəfdən, əsassız qərarlar verən hakimlər hansı cəriməni ödəyirlər?”
Deputat məhkəmə işləri ilə bağlı rüsumların artırılmasına da etiraz edib:
“Elə insanlar var ki, ünvanlı sosial yardım belə ala bilmir. Bu insanlar rüsumu necə ödəyəcək? İnsanlar axışıb biz deputatlara müraciət edəcəklər ki, yardım edin, rüsuma gücümüz çatmır, yaxud məhkəmədə bizi cərimələyirlər. Ona görə də müzakirələr aparıb, cərimənin məbləği məsələsinə yenidən baxılsa, yaxşı olar ”.

Qənirə Paşayeva
“Vətəndaşların hesabına məhkəmə aparatı işçilərinin sosial durumunun yaxşılaşdırılması prinsipi düzgün deyil”
Deputat Əziz Ələkbərov da cərimə məsələsinə etiraz edib, bunun dövlətin hazırda yürütdüyü siyasətə zidd olduğunu vurğulayıb.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, artırılan məhkəmə rüsumlarının 50 faizinin məhkəmə aparatı işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməsi düzgün deyil:
“Vətəndaşların hesabına məhkəmə aparatı işçilərinin sosial durumunun yaxşılaşdırılması prinsipi düzgün deyil“.
“Layihənin məqsədi yubatmaların qarşısının alınması üçün yeniliklərin etməkdir”
Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov bildirib ki, layihənin məqsədi yubatmaların qarşısının alınması üçün yeniliklər etməkdir:
“Məhkəmələrdə işlərə baxılarkən bunun süni surətdə yubadılmasının qarşısının alınması üçün işə baxılması fəlsəfəsi dəyişir. Məhkəmə prosesinin süni uzadılması hüquqların qorunmasını pozur”.
O, layihədə müvəqqəti təminat tədbirlərinin görülməsinin nəzərdə tutulduğunu söyləyib:
“Bir sıra işlər kassasiya şikayətləri ilə bağlıdır. Tərəflər Ali Məhkəmə mərhələsində hər hansı sübut təqdim etmir. Sırf bu formallığı aradan qaldırmaq üçün addımlar atılır. Sosial şəbəkələrdə bununla bağlı narazılıq əsassızdır. Digər tərəfdən, bir çox halda tərəflərdən biri məhkəməyə gəlmir və məhkəmə tərəflərdən birinin iştirakı olmadan keçirilir. Bu da Avropa Məhkəməsinin irad tutduğu məsələlər sırasındadır”.

Çingiz Əsgərov
Ç.Əsgərov rüsumların artırılmasında məhkəmələrin marağı olmadığını söyləyib:
“Mənim fikrimcə, bu rüsumların hamısı məhkəmələrə yönəldilməlidir. Hazırda bu rüsumların yalnız 2 faizi məhkəmələrin fəaliyyətinə yönəldilir. Digər tərəfdən, “Dövlət rüsumu haqqında” qanunda aztəminatlı insanlar rüsumların ödənilməsindən azad edilir. Cərimə məsələsinə gəlincə, o, təkcə tərəflərə aid deyil. Cərimə sənədləri təqdim etməyən inzibati orqanları da əhatə edir. Sadəcə, açıq-aşkar əsasız vəsatəti verməyə görə cərimə müəyyənləşir. Vəsatəti vətəndaş vermir, məhkəmə prosesini süni uzatmaq istəyən vəkil verir. Bunu da nəzərə almaq lazımdır”.
Müzakirələrdən sonra layihə I oxunuşda qəbul edilib.
“İctimai müzakirədən sonra bu məsələlərə aydın gətiriləcək”
Məsələ ilə bağlı Milli Məclisdə keçirilən brifinqdə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib ki, əsas məqsəd süründürməçiliyin və əsassız vəsatətlərlə işin uzadılmasına nail olma hallarının qarşısının alınmasıdır:
“Hazırda qüvvədə olan Mülki Prosessual Məcəllənin 172-ci maddəsində də bu halla bağlı indiyə qədər ağlabatan məbləğdə cərimələnmə nəzərdə tutulmuşdu. Layihədə də yenə ağlabatan həddin müəyyən olunması əksini tapıb. Bu, sırf prosesə nizam-intizamlı, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxmaq üçün nəzərdə tutulub”.
Birinci vitse-spiker, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı ictimai müzakirənin keçiriləcəyini söyləyib: “İctimai müzakirədən sonra bu məsələlərə aydın gətiriləcək. Bu, məlumatsızlıqdan irəli gələn məsələdir”.

Ali Məhkəmə
Mülki-prosessual qanunvericilikdə 160-dək dəyişiklik edilir
Layihədə mülki-prosessual qanunvericilikdə 160-dək maddəyə dəyişiklik təklif olunur. Əsas dəyişikliklər yazılı icraat institutunun tətbiqi, məhkəməyə hazırlıq institutunun gücləndirilməsi, elektron məhkəmə sisteminin tətbiqi, müvəqqəti təminat tədbirlərinin görülməsi, icrada dönüş institutunun yaradılması ilə əlaqədardır.
Bundan başqa, məhkəməyə sübutların təqdim edilməməsinə görə intizamlandırıcı tədbir olaraq tətbiq olunan 50 manat cərimənin məbləğinin 2000 manatadək artırılması təklif olunur. Bundan başqa, dəyişikliklərdə bəzi prosessual müddətlərin azaldılması, bəzilərinin isə artırılması nəzərdə tutulur. Layihədə kasasiya şikayətlərinin hədləri də dəyişdirilir. Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur.
Mülki Prosessual Məcəlləyə təklif edilən yeni - 174.5-ci maddəyə əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.
Layihəyə əsasən, cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.
Məhkəmə ilə bağlı sənədləri görə rüsumlar artırılır
Məhkəmə ilə bağlı sənədlərə görə dövlət rüsumunun tutulduğu hallar və dövlət rüsumlarının dərəcələri dəyişir.
Əgər hazırda dövlət rüsumunun tutulduğu hallara məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi daxildirsə, layihəyə əsasən, bu hallara məhkəməyə verilən iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi daxil edilir.
Layihəyə əsasən, məhkəməyə verilən iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun yeni dərəcələri aşağıdakı kimidir:
Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:
- İddia qiyməti 1000 manatadək olduqda - 30 manat;
- İddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda – 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi;
- İddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda – 120 manat+10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi;
- İddia qiyməti 100000 manatdan 1000000 manatadək olduqda – 390 manat+100000 min manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi;
- İddia qiyməti 1000000 manatdan çox olduqda – 1290 manat+1000000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50 min manatdan çox olmamaqla).
- Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə – 100 manat.
Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyənləşir. İddia predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin işə qoşulmasına barədə ərizənin verilməsinə görə dövlət rüsumu isə qiymətləndirilən iddia ərizəsinin verilməsinə və qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumları səviyyəsində olacaq.
Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə dövlət rüsumu isə qiymətləndirilən iddia ərizəsinin verilməsinə və qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumlarının 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) səviyyəsində müəyyənləşir.
İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardan şikayət verilməsinə görə dövlət rüsumunun 50 manat olması təklif edilir. Apelyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu isə qiymətləndirilən iddia ərizəsinin verilməsinə və qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumlarının 50 faizi səviyyəsində olacaq.
Məhkəmə aktının surətinin təkrarən verilməsinə görə dövlət rüsumunun 10 manat və 10-cu səhifədən yuxarı hər səhifəyə görə 0,2 manat olması təklif edilir.
Layihəyə əsasən, bu dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərtilə) müvafiq məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq olaraq Ali Məhkəmənin, apelyasiya instansiyası məhkəmələrinin və müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürüləcək, qalan hissəsi isə dövlət büdcəsinə ödəniləcək.
Hazırda qüvvədə olan qiymətlər
Qanun qəbul edildikdən sonra 2021-ci il oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil ediləcək.
Qüvvədə olan qanuna əsasən, məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri aşağıdakı kimidir:

Mənbə: Meydan TV
Autsayderlərin duelində bir qırmızı kart, bir qol... - "Kəpəz" "Qəbələ"yə qalib gəldi - VİDEO (Yenilənib)
“Binə” Ticarət Mərəzinin işıqları söndürülüb - Tanınmış jurnalist bazarın iflic edildiyini deyir
Yazıçı nazirə müraciət etdi: "Yazı-pozu adamlarına verilən dəstəyi təqdir edirəm" - "Əlimdə kütləvi nəşrini gözləyən 7 kitab var"
"İki arvadım var, ikisi də şah kimi yaşayır" - Şərurlu İsfəndiyar 27 yaşlı həkimi necə aldğını danışıb, "Pul çox şeyi həll edir" deyir (VİDEO)
Sabah yağış və qar yağacaq
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşüb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Kurban Berdiyev məğlubiyyətin səbəbini niyə demir? - Əməkdaşımız ondan sözü "kəlbətin"lə alıb (VİDEOLAR)
Xəzər dənizində zəlzələ olub
Səidə Haqverdiyeva vəzifədən ayrılıb
Azərbaycan diasporunun fəalları saxlanılıb - Rusiyada
"Sabah"ın oyunçusu Joy Mikels Mia.az-a danışdı - VİDEO
Kurban Berdiyevin 50-ci oyunu və ilk "istefa" şüarı - Tovuzlular qəzəbləndi + VİDEO
Leyla Əliyeva Lənkəranda - VİDEO
Sabah hava necə olacaq? - Proqnoz
Bakının Nizami rayonunda quldurluq edən şəxs Tərtərdə tutulub
GENERAL RƏİS TƏYİN OLUNDU - Nazirlikdə növbəti dəyişiklik
"Azərişıq"ın əməkdaşı iş başında ölüb
Şahbuz rayonunun Kükü kəndinə mövsümün ilk qarı yağıb - FOTOLAR
Azercell uşaqlarda sosial məsuliyyət vərdişlərini təşviq edir
Sabiq nazir: "Bir məmur var idi, mənə dedi ki, vəzifədən çıxmaqdansa, ölmək yaxşıdır" - "Oğlum vəzifəyə təyin olunanda..." (MÜSAHİBƏ)
Rəşad Nəbiyev ABŞ-da "Meta" rəsmisi ilə müzakirə aparıb - Açıqlama
Azərbaycan nefti cüzi bahalaşdı
Bakıda "16-cı NATO günləri" keçirilib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ÇİN ordusu hərəkətləndi - Rəsmi Pekin qonşu ölkəyə xəbərdarlıq etdi
Qara dənizlə Aralıq dənizində zəlzələlər oldu
Salyanda yeni çəkilmiş yol çöküb - VİDEO
606 nəfər hərbçi təmirli mənzillərlə təmin olunacaq
Nəriman Axundzadənin atası danışdı: "Bəzən ona göndərməyə pulum olmayıb, onun adamı Allahdır" - “Oğlumu tənqid eləməyə bir söz demirəm, ancaq..."
"Avroviziya"ın qalibi mükafatını geri qaytaracaq - Etiraz böyüyür
Yaponiyada zəlzələ oldu - 6,7 bal gücündə
Kamran Əsədova cinayət işi açılıb - Şok ittiham var
Prokurorluğa işə qəbulla bağlı müsabiqəyə yekun vurulub
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının kollektivi Ulu Öndərin xatirəsini yad edib - FOTO
Ayın 13-dən güclü külək əsəcək - Xəbərdarlıq
Yeni sədr: "İki hakim səhv qərar verib" - VİDEO
“Bank BTB”, “Yelo Bank”, “Unibank”... - Ramiz Mehdiyevlə Vahid Ələkbərovun bankları qırmızı çizgidə + CƏDVƏL
Futbol şərhçisi sərbəst buraxıldı - Mərc oyunları qalmaqalı
"Qalatasaray" prezidentindən İkardi haqda açıqlama: "Kim bizi vəfasızlıqda ittiham edə bilər"
“Bravo” 17 qəpiyə görə 4 min manat cərimələndi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək - Xəbərdarlıq
"Yuventus" müdafiəsini gücləndirmək istəyir
MSK-nın tərkibi dəyişməyəcək
Ədliyyə Nazirliyi bələdiyyə sədrinin müavini ilə sövdələşib