Tramp Çini təhdid etdi: "Yağ alışını dayandıracağıq"

img

15-10-2025 [00:24]


ABŞ prezidenti Donald Tramp Çini ticarət müharibəsiylə hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Çinin ABŞ-dan soya paxlası almaqdan qəsdən imtina etməsini həzm etmək niyyətində olmadığını bəyan edib.

Tramp daha sonra Pekini istehsal etdiyi yağ və yağ məhsullarının alışını əngəlləcəyi ilə təhdid edib: "Biz Pekinin iqtisadi düşmənçilik addımını sakit qarşılamaq niyyətində deyilik. Çin ABŞ-dan soya paxlasını almaqdan qəsdən imtina edib. Bununla bizim fermerləri çətin duruma salıblar. Bu, təbii ki, iqtisadi düşmənçilikdir. Biz də cavab olaraq, onlardan yemək yağı və ticarətin digər aspektləri ilə bağlı əlaqələrimizi dayandırmağı düşünürük. Məsələn, özümüz yemək yağı istehsal edə biləriksə, onu niyə Çindən alaq ki?"

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA