Bayden: "ABŞ qoşunları Əfqanıstanda uzun müddət qala bilməz"

img

26-06-2021 [15:54]


"Əfqanıstan ABŞ qoşunlarının Hinduquş dağ silsiləsində daha uzun müddətə qalmasına ümid edə bilməz".

Bunu ABŞ prezidenti Cozef Bayden Əfqanıstan prezidenti Əşrəf Qani ilə Ağ evdə görüşündə deyib.

ABŞ prezidenti bildirib ki, əfqanıstanlılar talelərini özləri həll etməlidir.

C.Bayden Əşrəf Qanini əmin edib ki, qoşunları Əfqanıstandan çıxandan sonra ABŞ Hinduquşda onlara dəstək verəcək: “ABŞ-la Əfqanıstan arasında tərəfdaşlıq bitmir. Bizim qoşunlar çıxa bilər, ancaq Əfqanıstana dəstəyimiz davam edəcək”.

Qeyd edək ki, ABŞ və NATO-dakı müttəfiqləri bu ilin mayından Əfqanıstandakı hərbi kontingenti çıxarmağa başlayıb. Prosesin 2021-ci il sentyabın 11-də başa çatması planlaşdırılır. Pentaqon Əfqanıstanda 650 hərbçi saxlamaq niyyətində olduğunu bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:36 25.03.2026

Xəzərdə zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA