Putin: "Biz hər şey edirik və edəcəyik ki, ölkəmiz böyük və qüdrətli bir güc kimi qalsın”

img

22-06-2021 [15:03]


Rusiya prezidenti Vladimir Putin bu gün "Əbədi məşəl"i ziyarət edərək İkinci Dünya Müharibəsi zamanı həlak olmuş Sovet əsgərlərini yad edib.

O, məşəl önündə çıxışı zamanı ölkəsinin bundan sonra da qüdrətli olacağına söz verib:

"Burada, "Əbədi məşəl" önündə müharibədən qayıtmayanların, bizi tərk edən veteranların qarşısında baş əyirik. Anım günündə bütün düşüncələrimiz və hisslərimiz onlara ünvanlanır. Bu xatirəni, bu həqiqəti qoruyacağımıza əminəm. Biz hər şey edirik və edəcəyik ki, ölkəmiz, vətənimiz həmişə böyük və qüdrətli bir güc kimi qalsın”, - deyə Rusiya rəhbəri bildirib/Azvision.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR