Generalın əməkdaşlarından daha bir biabırçı fakt -VİDEO

img

27-01-2014 [10:58]



Azərbaycanda Dövlət Yol Polisləri ilə bağlı biabırçı hadisələrin davamlı olaraq yaşanması bu sistemdə baş verən eybəcərliyin artıq üzə vurmasının təzahürüdür. Davamlı olaraq, yolkəsən qismində çıxış edən polis əməkdaşlarının hərəkətləri isə ümumilikdə polis sisteminə yaraşmayan hal kimi qiymətləndirilir. 

JAM.AZ xəbər verir ki, DYP əməkdaşlarının rüşvət aldıqları yerdə yaxalanmaları ilə bağlı daha bir videogörüntü ortaya çıxıb. Özü də bu dəfə jurnalistlərdən pul aldıqları zaman.

Belə ki, hadisə ötən ilin 12 dekabrında Bakı-Qazax yolunun Qarasu ərazisində baş verib. "Starxəbər” saytının əməkdaşları və baş redaktoru Heydər Əliyevin anım mərasimi ilə bağlı çəkiliş aparmaq üçün yola çıxdıqdan sonra sözügedən ərazidə DYP əməkdaşlarının «radarı»na tuş gəliblər. Baş redaktor Rasim Əlizadə etiraf edib ki, həqiqətən də sürət həddini aşıblar və bu da tədbirə gecikmələri ilə bağlı olub. Vəziyyəti DYP işçilərinə izah etmələrinə rəğmən, onlar bütün hallarda cərimə ödəməyin vacib olduğunu bildiriblər. Və Rasim Əlizadədən heç bir protokol tərtib etmədən, habelə heç bir qəbz vermədən 200 manat pul alıblar.

Hətta DYP əməkdaşları qiymət məsələsində bazarlıq da ediblər. Məsələn, onlar baş redaktordan əvvəlcə 250 manat istəsələr də, sonradan bu rəqəmi 200-ə endiriblər. Bu zaman isə saytın əməkdaşları polisin rüşvəalma səhnəsini lentə almağı bacarıblar.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general Ramiz Zeynalovdur.

Mia.az xəbər verir ki, R.Zeynalovla Bakı Şəhər Yol Polisinin rəisi arasında da ciddi konfilklər yaşanır. Bu və ya digər məlumatlarla bağlı araşdırmaları mia.az-dan oxuya bilərsiniz!



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA