Bu obyektlərin sahibləri cərimələndi - SİYAHI

img

21-06-2021 [17:11]


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 422 ictimai iaşə obyektində 730 monitorinq keçirib.

AQTA-dan Mia.az-a verilən məlumata görə, monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xəzər rayonu, İldirim 30b‎ ünvanında yerləşən, fiziki şəxs Xanlarov Ceyhun Qalib oğluna məxsus kafe;

2. Bakı şəhəri, Nəsimi ‎rayonu, Nizami 241ünvanında yerləşən, fiziki şəxs Bayramov Rüfətə məxsus “Grand Pub” kafesi;

3. Bakı şəhəri, Yasamal rayonu, H Cavid pr. 20 ünvanında yerləşən, hüquqi şəxs "Xs-500 Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Atlantis” restoranı;

4. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 180A ünvanında yerləşən, fiziki şəxs ‎Seyidzadə Mircavid Mirtofiq oğluna məxsus kafe;

5. Kürdəmir rayonu, Karrar kəndində yerləşən, fiziki şəxs Məmmədov Mübariz Yaqub oğluna məxsus kafe.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA