Prezident arvadını boşadı

img

27-01-2014 [10:48]


Adı fransalı aktrisa Culi Qaye ilə xəyanətdə hallanan Fransa prezidenti Fransua Olland vətəndaş nikahında olan xanımı Valeri Trierveylerlə münasibətlərini bitirib.

"Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumaat görə, prezident bu barədə "Agence France-Press”ə eksklüziv bəyanatında bildirib.

"Elan etmək istəyirəm ki, mən Valeri Trierveylerlə olan bütün əlaqələrimi kəsdim”.

48 yaşlı Trierveylər bu ayrılıqdan sonra prezident iqamətgahını tərk edərək Parisdəki öz mənzilinə köçüb.

Qeyd edək ki, Olland və Trierveyler 2007- ci ildən münasibətdədilər, ancaq rəsmi nikahda olmayıblar. Olland prezident seçildiyi andan etibarən onun yoldaşı birinci xanım funksiyasını yerinə yetirərək rəsmi səfərlərdə dövlət başçısını müşayiət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA